Özünü qaz idarəsinin əməkdazi kimi təqdim edərək mənzillərdən oğurluq edən zəxs həbs olunub

img

28-08-2009 [04:19]


Səbail rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqust ayının ayrı-ayrı günlərində özünü qaz idarəsinin işçisi kimi təqdim edərək S.Quliyevanın, S.Ağazadənin, N.Hacıyevanın və L.Ağayevanın mənzillərindən oğurluq etmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Qənbərov tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildiriblər ki, faktla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA