Esmira Orucovanın zikayətinə 1 saylı iqtisad Məhkəməsində baxılacaq

img

24-08-2009 [03:15]


?Bir saat bundan əvvəl 1 saylı İqtisad Məhkəməsinə zəng vuraraq, dəftəxanadan Gülnaz xanımla əlaqə yaratdım. O, bildirildi ki, avqsutun 21-dən Yasamal rayon Məhkəməsindən mənim iddia ərzimlə bağlı sənədlər İqtisad Məhkəməsinə gəlib?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə ?Həsrət Yolu? Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına qarşı qaldırdığı iddia ilə bağlı aparılan məhkəmə prosesinin gedişatı barədə açıqlama verərkən deyib: ?Əgər mən etiraz etməsəydim və Yasamal rayon Məhkəməsinə cinayət işi qaldıracağımı bildirməsəydim, bəlkə də bu tezlik olmazdı. Artıq işə baxılması 1 saylı İqtisad Məhkəməsində hakim Qurban Abbasova verilib. Ancaq məhkəmənin nə vaxt keçiriləcəyi dəqiq bilinmir. Yəqin ki, hakim Qurban Abbasov bir-iki günə sənədlərlə tanış olacaq və bundan sonra bizə və qarşı tərəfə məhkəmənin vaxtını deyəcək?. E.Orucova onu da bildirib ki, onun Yasamal rayon Məhkəməsinə verdiyi sənədlərdən iki qat artığını növbəti məhkəmədə təqdim olunacaq: ?Hazırda əlimdə layihənin əhəmiyyəti ilə bağlı çox böyük tutarlı sənədlər var. Çalışacağam ki, hər məhkəmə iclasında bir sənəd ortaya çıxararaq, vəsatətlərlə məhkəməyə təqdim edəcəm. Düşünürəm ki, belə olacağı təqdirdə, məhkəmə çox maraqlı alınacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA