Elçin Behbudov 14 rayonun polis zöbəsində monitorinq aparıb

img

21-08-2009 [04:34]


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov ölkənin Qərb bölgəsinin polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinq aparıb. Bu barədə Müstəqil İnformasiya Agentliyə məlumat verən komitə sədri Qərb bölgəsinə səfəri zamanı 14 rayonun polis şöbələrində olduğunu və həmin şöbələrin müvəqqəti saxlanma təcridxanalarına baxış keçirdiyini bildirib: ?Ayın 18-dən sübh tezdən köməkçim Elşən Həmidovla birlikdə 14 rayonun polis şöbələrində və müvəqqəti saxlanma təcridxanalarında monitorinqlərə başladıq və ayın 20-də monitorinqləri yekunlaşdırdıq. Həmçinin Ədliyyə Nazirliyinin Gəncə şəhərindəki istintaq təcridxanasında monitorinq keçirdik. Biz Hacıqabul, Kürdəmir, Ucar, Yevlax, Naftalan, Bərdə, Tərtər, Goranboy, Gəncə, Gədəbəy, Tovuz, Akstafa, Qazax rayonlarının polis şöbələrində və müvəqqəti saxlanma təcridxanalarında olduq?. E.Behbudov əvvəlki illərlə müqayisədə bölgənin polis şöbələrində bir çox problemlərin artıq həll olunduğunu bildirsə də, müəyyən nöqsanların olduğunu da nəzərə çatdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA