Füzuli sakini traktorla yer zumlayarkən tank əleyhinə minaya düzüb

img

14-08-2009 [01:43]


Dünən saat 23.00 radələrində Füzuli rayonu Qaraxanbəyli kəndi ərazisində (hərbiçilərin nəzarətində olan ərazi), Füzuli rayon Əhmədalılar kənd sakini, 1968-ci il təvəllüdlü Məhərrəmov Cəfər Məhərrəm oğlu traktorla yer şumlayarkən tank əleyhinə minaya düşüb. Nəticədə Cəfər Məhərrəmov qarın nahiyyəsindən və qolundan yüngül xəsarət alıb. ANAMA-nın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, dəfələrlə həmin ərazilərin təhlükəli olduğu barədə xəbərdarlıq edilməsinə baxmayaraq, həmin ərazilərdə yenə də kənd təsərrüfatı işlərinin aparılması davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA