Rostov-Bakı dəmiryoluna bomba qoyulub

img

14-08-2009 [11:34]


Dünən axşam saat 18.00 radələrində Rusiya Federasiyası Dağıstan Respublikasının paytaxtı Maxaçqala şəhərindən cənubda Rostov-Bakı dəmiryolunda partlayıcı qurğu aşkar edilib. ?İnterfaks? agentliyinin məlumatına görə, partlayıcı qurğu dərhal zərərsizləşdirilməyə başlanıb, amma qaranlığın düşməsi ilə bağlı olaraq işlər dayandırılıb. Dəmiryoluna quraşdırılmış bomba 12 litrlik üzərinə sink çəkilmiş verdəyə atılmış partlayıcı maddədən ibarətdir. Bu gün isə Dağıstan Respublikasının əməkdaşları bombanın zərərsizləşdirilməsini davam etdirilər. İnsidentlə əlaqədar dəmiryolunun həmin istiqamətində qatarların hərəkəti dayandırılıb. Maxaçqala dəmiryolu vağzalından verilən məlumata görə, baş vermiş hadisə ilə əlaqədar Tümen-Bakı marşrutu üzrə hərəkət edən qatarın hərəkəti bir neçə saat gecikir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA