Qaxda bir qrup "Yehovanın Şahidləri" saxlanılıb

img

13-08-2009 [07:42]


Qax rayonunda qadağan olunmuş dini təbliğat növü ilə məşğulolan bir qrup Azərbaycan vətəndaşı saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 12-də Qax şəhərində, şəhər sakini Vüsal Bəkirov, Yevlax rayon sakini Yusif Səmədov, Bakı şəhər sakinləri Aybəniz Mahmudova, Eldar Əliyev, Zaqatala rayon sakini Rəqsanə Əliyeva və onun qardaşı Ceyhun "Yehovanın Şahidləri" dini təriqətini təbliğ etdikləri üçün Qax RPŞ əməkdaşları tərəfindən saxlanılıb. Onlardan 60 ədəd "Yehovanın Şahidləri" dini təriqətini təbliğ edən broşurlar və 7 ədəd dini kitab aşkar edilərək götürülüb. Saxlanılanlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edildikdən sonra buraxılıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA