Gəncədə 16 yazlı gəlin yoxa çıxıb

img

13-08-2009 [05:18]


Avqustun 12-də Gəncə sakini, 1990-cı il təvəllüdlü Tərlan Abramov şəhər Polis İdarəsinə müraciət edərək, həyat yoldaşının evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib. Gəncə şəhər Polis İdarəsindən Lent.az-ın Gəncəbasar müxbirinə verilən məlumata görə, bir neçə gündür itkin olan 1993-cü il təvəllüdlü Əsgərova Fəridə Rauf qızının axtarışına başlanıb. Bir müddət əvvəl itkin düşmüş 16 yaşlı oğlan isə Gəncə polisinin axtarışları nəticəsində tapılıb. Ötən aydan haqqında heç bir məlumat olmayan Həsənəliyev Əkbər Gündüz oğlu Gəncə ərazisində tapılaraq, ailəsinə təhvil verilib. /Lent.az/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA