Hüquq müdafiəçisi Ramil Usubova müraciət etdi

img

11-08-2009 [06:23]


Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin rəhbəri Pərviz Həşimli daxili işlər naziri Ramil Usubova müraciət edib. Mərkəzdən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, hüqüq müdafiəçisi DİN rəhbərinə ünvanladığı müraciətində son vaxtlar ARDNŞ tərəfindən vətəndaşların mülkiyyət hüquqlarına edilən qəsddən öz narahatçılığını ifadə edib. Müraciətdə bildirilir ki, bələdiyyə sənədləri əsasında ayrılan torpaq sahəsində inşa olunan evlərin sökülməsi prosesinin polisin dəstəyi ilə həyata keçirilməsi vətəndaşların dövlətə, və hüquq-mühafizə orqanlarına qarşı münasibətini dəyişir: ?Ona görə də Sizdən xahiş edirik ki, polisin ARDNŞ-in bu qanunsuz tədbirlərində vasitə olmasına məhdudiyyət qoyasınız?. Müraciətdə həmçinin, Hökməli kəndində baş verən son olay zamanı onnlarla vətəndaşın saxlanmasından da narahatçılıq ifadə olunub. P.Həşimli, DİN rəhbərindən Hökməli hadisəsi zamanı baş verənlərin obyektiv araşdırılmasının təmin edilməsini və mülkiyyət hüquqlarının pozulmasına etiraz etdikləri üçün həbs edilənlərin azadlığa buraxılmasını xahiş edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA