Bakıda və Göygöldə quldur dəstələr yaxalandı

img

07-08-2009 [02:56]


Bakıda quldurluqla məşğul olan dəstə yaxalanıb. DİN-dən MIA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1980-cı il təvəllüdlü Rufət Mehdiyevə qarşı quldurluq etmiş Bakı şəhər sakinləri Anar Abbasov, Zaur İsmayıl, Jalə Əliyeva və Rusiya Federasiyasının vətəndaşı Mixail Səfərov Nərimanov RPİ 17-ci polis bölməsinin əməkdaşları tərəfindən həbs olunublar. Hazırda faktla bağlı araşdırma aparılır. Göygöl şəhərində, şəhər sakini Bəhruz Cəfərov, Namiq adlı şəxslə birgə "Azercell" telefon mağazasında Dəyanət Abbasova qarşı zor tətbiq edərək onun 72 manat pulunu almış və "VAZ-21011" markalı avtomaşında hadisə yerindən gediblər. Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Göygöl şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Bəhruz Cəfərov, Namiq Əliyev və "VAZ-21011" markalı avtomaşının sürücüsü, əvvəllər məhkum olunmuş Sahib Hüseynov tutulublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA