Nərimanovda 3 ?inamarka? toqquzdu, 1 ölü, 2 yaralı var

img

06-08-2009 [05:59]


Nərimanov rayonu Təbriz küçəsində, Bakı şəhər sakinləri Pərviz İbrahimovun idarə etdiyi ?Nissan? markalı, Həsən Hüseynovun idarə etdiyi ?BMW? markalı və Bərdə rayon sakini Şahin Əliyevin idarə etdiyi ?Ford? markalı avtomaşınlar toqquşub. Nəticədə Ş.Əliyev hadisə yerində ölüb, P.İbrahimovun xəsarət almış sərnişnləri Üzeyir Abdullayev və Nicat Tağıyev xəstəxanaya yerləşdiriliblər. DİN-dən verilən məlumata görə, İsmayıllı rayonu Topçu kəndi ərazisində, Mücühəftəran kənd sakini Vahid Zəkiyevin idarə etdiyi ?VAZ-2106?, İsmayıllı kənd sakini Hüseyn Hüseynovun idarə etdiyi ?Mercedes? və Qəbələ rayon sakini Bəhruz Niftalıyevin idarə etdiyi ?VAZ-21053? markalı avtomaşınlar toqquşub. Nəticədə V.Zəkiyev hadisə yerində ölüb, H.Hüseyvovun xəsarət almış sərnişini Şəfəq Hüseynova isə xəstəxanaya yerləşdirilib. Şəmkir rayonu ərazisində, rayon sakini Rəşad Səfərovun idarə etdiyi ?VAZ-21011? markalı və Bakı şəhər sakini Rahid Əliyevin idarə etdiyi ?VAZ-21074? markalı avtomaşınlar toqquşub. Nəticədə hər 2 sürücü və R.Səfərovun sərnişinlərindən qızı Nərgiz hadisə yerində ölüb, xəsarət almış Bənövşə, habelə R.Əliyevin sərnişini Şirvan şəhər sakini Elbrus Gülmalıyev isə xəstəxanaya yerləşdiriliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA