Bakı polisi dilənçilərin əlindən bezib

img

06-08-2009 [02:12]


Bakı şəhərinin küçə və meydanlarında, yeraltı keçidlərdə, avtobuslarda, metro vaqonlarında, park və bağlarda dilənçilərlə hər gün rastlaşmaq olar. Paytaxtda dilənçiliklə məşğul olanların sayını heç kim bilmir. Nə Dövlət Statistika Komitəsində, nə də hüquq-mühafizə orqanlarında onların statistikası aparılır. Heç qeyri-hökumət təşkilatlarında da dilənçilərin sayı barədə məlumat yoxdur. Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) növbətçi hissəsindən Müstəqil İnformasiya Agentliyinə bildirilib ki, paytaxtda dilənçilərlə mübarizə çərçivəsində mütamadi reydlər keçirilir. BŞBPİ-dən bildirilib ki, polsiin dilənçilərlə bağlı keçirdiyi reydlərdə əsas məqsəd onların sayını azaltmaqdır. Lakin təcrübə göstərir ki, bu tədbirlər effekt vermir. Çünki həmin reydlər zamanı polisin Müvəqqəti Saxlama Məntəqəsinə apardığı dilənçilər orada iki-üç gün qaldıqdan sonra sərbəst buraxılırlar, onlar isə yenidən dilənməyə başlayırlar. BŞBPİ-dən bildirilib ki, polsiin dilənçilərlə bağlı keçirdiyi reydlərdə əsas məqsəd onların sayını azaltmaqdır. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, polis təkcə son avqustun ilk beş günündə Bakı şəhərinin ayrı-ayrı rayonlarında ümumilikdə 95 dilənçini saxlayıb. Onların əksəriyyəti qadın və uşaqlardır. Dilənçilər Nəsimi, Yasamal, Səbail, Nizami rayonlarının ərazisində saxlanılıblar. Ümumiyyətlə, polisin apardığı araşdırmalar dilənçilərin həmişə paytaxtın məhz bu rayonlarında diləndiyini göstərir. DİN mətbuat xidmətinin məlumatına görə, saxlanılanlar Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə göndərilirlər. Bu məntəqədə həmin adamların şəxsiyyəti müəyyənləşdirilir. Bundan sonra isə onlar öz yaşadıqları yerlərə göndərilir. Amma yaşadıqları ərazilərə göndərilən dilənçilər az sonra təkrar Bakıya üz tuturlar. Bir sözlə polis onların əlindən bezib. Maraqlıdır ki, dilənçilər də polisin əlindən bezdiklərini, onlara rahat ?işləmək? imkanının verilmədiyini deyirlər. Onlar mülki geyimli polislərin reydlərindən daha çox qorxurlar. Çünki belə reydlər zamana yaxalanmaq ehtimalı daha böyükdür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA