Sulutəpədə sakinlərlə polis və ARDNŞ əməkdazları arasında toqquzma olub

img

06-08-2009 [01:24]


[b]Hadisə zamanı neft şirkətinin işçilərindən və polis əməkdaşlarından 20 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb[/b] Avqustun 5-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində (Hökməli kəndi yaxınlığında) Azərbaycan Dövlət Neft Şirkətinin balansında olan ərazilərdə qanunsuz tikililərin sökülməsi və zəbt olunmuş torpaq sahələrinin qaytarılması ilə əlaqədar həmin şirkətin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər zamanı bir qrup şəxs Neft Şirkətinin işçilərinə və polis əməkdaşlarına qarşı zor tətbiq edərək, daş və digər əşyalarla onlara xəsarət yetiriblər. Müstəqil İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Hadisə zamanı neft şirkətinin işçilərindən və polis əməkdaşlarından 20 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 5 polis əməkdaşı DİN-in Hospitalına yerləşdirilib. Faktla əlaqədar Bakı şəhər prokurorluğu tərəfindən Azərbaycan Respublikasının CM-nin 222, 188 və 315-ci maddələri ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA