?Hədəf? Gənclər Koalisiyasının sədri azadlığa buraxıldı

img

06-08-2009 [11:26]


Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə "Hədəf" Gənclər Koalisiyasının sədri Ağasif Şakiroğlunun apellyasiya şikayəti ilə bağlı qərar elan olunub. Belə ki, Bakı Apellyasiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin A.Şakiroğlu barədə seçdiyi 1 aylıq həbs qətiimkan tədbiri qərarını əssasız hesab edərək ləğv edib. Bu gün A.Şakiroğlunun həbsdən azad ediləcəyi gözlənilir. Xatırladaq ki, avqustun 3-də saxlanılan A. Şakiroğlıu barəsində Nərimanov Rayon Məhkəməsi 1 aylıq həbs-qətiimkan tədbiri seçib. A.Şakiroğlu hərbi xidmətdən yayınmaqda ittiham olunur və onun barəsində Cinayət Məcəlləsinin 321.1 maddəsiylə iş açılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA