Izlədiyi bankdan 65 000 manat mənimsəyən bankir məhkəmə zalından azadlığa buraxılıb

img

05-08-2009 [05:59]


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Eynulla Vəliyevin sədrliyi ilə ?Kapitalbank?ın Qobustan filialının müdirinin məhkəməsi başa çatıb. Məhkəmə qarşısında Pərvin Kazımov cavab verib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, istintaq yolu ilə müəyyən edilib ki, ?Kapital bank?ın Qobustan rayon filialının müdiri vəzifəsində işləyən Pərvin Kazımov öz qulluq mövqeyindən sui-istifadə etməklə bankın kredit komitəsindən müvafiq qaydada icazə almadan, digər müştərilər qarşısında olan öhdəliklərin təmini üçün nəzərdə tutulmuş və bu məqsədlə filiala göndərilmiş puldan 65000 manatı mənimsəyib. Bu məqsədlə o, Sumqayıt şəhərində yerləşən, dəyəri 245000 manat təşkil edən qeyri-yaşayış sahəsini kreditin qaytarılmasının təminatı kimi ipoteka yüklü edilməsi barədə ?İnter star? beynəlxalq şirkətinin direktoru Arzu Mirzəyevin adına sonuncuya 12 ay müddətinə 24 faizlə 65000 manat kredit verilməsi barədə kredit və ipoteka müqavilələrinin bağlanılmasını təşkil edib. Bununla bağlı digər sənədləşmələrin aparılmasını təşkil edərək həmin pulun A.Mirzəyevə verilməsi barədə xəzinə məxaric orderi tərtib etdirib ona imza etdirib, lakin göstərilən pulu özü götürüb mənimsəməklə özgə əmlakını külli miqdarda talayıb. Məhkəmə zamanı təqsirləndirilən şəxs dəymiş ziyanı ödəyib. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən dəymiş ziyanın ödənilməsini nəzərə alıb və onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edib. Məhkəmənin hökmü ilə Pərvin Kazımov 4 il şərti cəza alaraq azadlığa buraxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA