Zərdabda 22 yazlı Rövzən Mikayılov çaqqalların hücumuna məruz qalıb

img

05-08-2009 [02:58]


Zərdab rayonu Əlibəyli kənd sakini 21 yaşlı Rövşən Mikayılova çaqqallar hücum edib. Kənd sakinlərinin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, dünən kəndin kənarında böyürtkən yığan Rövşən Mikayılovun üstünə 2-3 çaqqal hücum edib. Yırtıcı heyvanların hücumuna məruz qalan R.Mikayılov aldığı xəsarətlərdən Zərdab rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xstəxanada öncə ona quduzluğa qarşı vaksin vurulub və evə buraxılıb. MİA-ya məlumat verən kənd sakininin sözlərinə görə, bu jür hadisələr bundan əvvəl də baş verib. Sözügedən ərazidə vəhşi heyvanların çoxalmasına səbəb Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vəhşi heyvanların ovlanmasına qoyulan qadağa olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA