Gəncədə oğurluq edən dəstə üzvləri tutulub

img

04-08-2009 [06:54]


Gəncə şəhərində oğurluq faktının üstü açılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Gəncə şəhəri ərazisində, şəhər sakini Kərəm Məmmədova məxsus "Elşən" MMC-nin anbarından qıfılı sındırmaq yolu ilə seyfdən 5.600 manat və danışıq kartları oğurlanıb. Gəncə ŞPİ və Kəpəz RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən Gəncə şəhər sakini Namiq Həsənov və Mingəçevir şəhər sakini Seymur Yusibov və Gəncə şəhər sakini, Kənan Müqəddimi olduğu müəyyənləşdirilib. Sonuncu iki şəxs əvvəllər də məhkumluq həyatı yaşayıb. Nərimanov RPİ və Kəpəz RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kənan Müqəddimi tutulub. Onun Bakı şəhərində kirayədə yaşadığı evə baxış zamanı cinayətdə istifadə etdiyi 4 ədəd maska, çoxlu sayda rezin əlcək və digər əşyalar aşkar edilərək götürülüb. K.Müqəddiminin, S.Yusibovun, N.Həsənovun iyunun 25-də Mingəçevir şəhər sakini Məhəmməd Musayevlə birgə Samir Mürsəlova məxsus firmadan quldurluq etmələri müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA