Lənkəranda mikroavtobus partlayıb, üç nəfər yaralanıb

img

04-08-2009 [01:28]


[b]Yanğından mühafizə hissəsindən partlayışın qaz sızmasından baş verdiyi bildirilib[/b] Bu gün Lənkəranda mikrovtobusda partlayış baş verib. Müstəqil İnformasiya Agentliyinə xəbərinə görə, hadisə saat 11.00 radələrində avtomobil təmiri emalatxanalarının birində Lənkəran-Bakı marşrutu üzrə işləyən "Qazel" markalı mikroavtobus partlayış olub. Partlyaışdan sonra sonra mikroavtobus yanmağa başlayıb. Lənkəran yanğından mühafizə hissəsindən Trend News-a verilən məlumata görə, avtobusun sürücüsü, şəhərin H.Əliyev küçəsi, ev 78, mənzil 16 ünvanında yaşayan Kələntərov Rövşən Vaqif oğlu, yaxınlıqda təmir işləri aparan rayonun Göyşaban kənd sakinləri 47 yaşlı Ağayev Rafəddin Balayar oğlu və 30 yaşlı İslamov Elşən Ağakişi oğlu müxtəlif yanıq xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Mikroavtobus yararsız hala düşüb. Yanğından mühafizə hissəsindən partlayışın qaz sızmasından baş verdiyi bildirilib. Xəstəxanadan verilən məlumata görə, ilkin yardımdan sonra yaralıların vəziyyəti kafidir. Faktla bağlı rayonun hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA