Prokurorluq orqanlarına izə qəbulla bağlı sənəd qəbulu davam edir

img

03-08-2009 [05:55]


Azərbaycan Respublikası prokurorluğu orqanlarına işə qəbulla əlaqədar sənədlərin qəbulu davam edir. Baş Prokurorluğun mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, müsabiqə vakant olan 60 ştat vahidi üzrə aparılacaq. Sənədlərin qəbulu Baş Prokurorluğun inzibati binasının Qəbul otağında sentyabrın 18-dək aparılacaq. Müsabiqənin test imtahanının vaxtı və yeri, imtahan sualları toplusunun əldə olunması qaydası, toplunun hazırlanmasında istifadə olunan normativ aktların siyahısı və digər məlumatlar barədə namizədlərə sənədlərin qəbulu prosesi başa çatdıqdan sonra məlumat veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA