Bakıda yazayız binasında yanğın baz verib

img

03-08-2009 [12:03]


Bu gün saat 11.00 radələrində Bakının Səbail rayonunda Yusif Məmmədəliyev küçəsində yerləşən yaşayış binasında yanğın baş verib. Səbail rayon Polis İdarəsindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, yanğın binanın birinci mərtəbəsindəki elektrik şitində qısaqapanma nəticəsində başlayıb. Polis İdarəsindən onu da bildiriblər ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qrupu gəlib. Hazırda yanğının tamamiylə söndürüldüyü bildirilir. Binadakı mənzillərə heç bir evə ziyan dəyməyib, xəsarət alan da yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA