Toyda dörd nəfərin bıçaqlanması faktı ilə bağlı bir nəfər saxlanılıb

img

01-08-2009 [01:05]


Bakının Nəsimi rayonunda yerləşən ?İmperial? şadlıq sarayında keçirilən toy mərasimində kütləvi bıçaqlanma faktı ilə bağlı bir nəfər saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən 26 yaşlı Rasim Ramazanov tutulub. Qeyd edək ki, kütləvi bıçaqlanma hadisəsi iyulun 30-də saat 22.30 radələrində ?İmperial? şadlıq sarayında baş verib. Toy mərasimi zamanı qonaqlar arasında yaranmış mübahisə sonradan şadlıq sarayının qarşısında dava-dalaşa çevrilib, dörd nəfər bıçaq xəsarətləri alıb. Mübahisənin musiqi sifarişi zəminində yarandığı güman edilir. Dava zamanı xəsarət alanlardan ikisi akademik Mirqasımov adına Respublika klinik xəstəxanasına yerləşdirilib. Yaralılar-22 yaşlı Bakı şəhər sakini Seyfulla Qafarov və 31 yaşlı Qax sakini Ayaz Mollayev üzərində cərrahiyyə əməliyyatı aparılılıb. Xəsarət alan digər iki nəfər 34 yaşlı Qax sakini Mahir Qabulov və onun qardaşı, 39 yaşlı Ənvər Qabulov isə 1 saylı şəhər xəstəxaansına yerləşdirilib. Onlar xəstəxananın qəbul şöbəsində xuliqanlıq ediblər, şöbədəki telefon aparatını sındırıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA