17 yazlı qızı oğurlayan zəxsi məhkəmə 200 manat cərimələməklə cəzalandırıb

img

31-07-2009 [03:12]


Bu gün Media Mərkəzində Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədov Tahirova Dilşad Xalıq qızının hüquqlarının pozulması ilə bağlı mətbuat konfransı keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Tahirova Dilşad Xalıq qızı 1990-cı ildən bu günə qədər Bakı şəhərində tək yaşadığını deyib. Onun sözlərinə görə, son vaxtlar Bakıxanov qəsəbəsində ?Dostluq? kafesində aşbaz işləyib: ?Hazırda Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yaşayıram. İki övladım var. Böyük qızım ailəlidir, kiçik qızım isə mənimlə yaşayır. 2006-cı ildən torpaq sahəsi almaq istəyirdim. Bakıxanov qəsəbəsində yerləşən ?Dostluq? kafesində aşbaz işlədiyim vaxt kafenin digər işçisi Ramiz Əli oğlu Məmmədov bu məsələdə mənə yardımçı olacağını bildirmişdi. O, bu zaman məni öz qardaşı Şahid Əli oğlu Məmmədovla tanış etdi. Şahin Məmmədov özünü mənə jurnalist kimi təqdim edərək, dedi ki, öz evini satmaq istəyir və əgər almaq istəsəm, mənə evini kredit kimi sata bilər. Mən də ona birinci dəfədən 2006-cı ilin iyunun 26-da 8500 dollar ödədim. Evin ümumi qiyməti isə 50 000 dollar olmaqla, qalan pulları hissə-hissə ödəməliydim. Bundan sonra Şahin Məmmədov mebelimi və digər əşyalarımı aldığım evə gətirməyə kömək etdi. Şahin mənə 5-6 gün də evdə qalıb sonra köçəcəyini və iyunun 28-də Gürcüstana gedəcəyini bildirdi. Avqustun 10-da xəbər tutdum ki, Şahin Məmmədov dələduzluq, oğurluq, soyğunçuluq maddəsilə - Zemfira adlı qadının iki yerdə evini sataraq, pulunu mənimsəyib. Gülnaz adlı qadının isə 15000 dollarını və qızıllarını ələ keçirdiyinə görə həbs edilib?. D.Tahirovanın dediyinə görə, o, sonradan bilib ki, Ş.Məmmədov bundan əvvəl 3 dəfə dələduzluq və oğurluğa görə mühakimə edilib: ?2006-cı ilin avqust ayının 12-də Suraxanı rayon Polis İdarəsində Ağamməd Yaşar adlı müstəntiq mənə zəng edərək, Şahin Məmmədovla görüşdürdü. Mən, Şahin Məmmədovdan ona verdiyim pulların necə olacağını soruşduqda, o, mənə narahat olmamağımı söylədi. Ramiz Məmmədov isə qardaşını həbsdən qutarmaq adı ilə pulumun 36 min 500 dollarını məndən aldı. Sonra mən, Ramizə dedim ki, gedək evi keçirt mənim adıma. O isə bildirdi ki, narahat olmayım, ev onun adınadır və yaxın vaxtlarda evi mənim adıma keçirəcək. Lakin Ramiz Məmmədov pulu məndən aldıqdan sonra gözə dəymədi. Aradan 4 gün keçəndən sonra, mənə xəbər çatdı ki, 17 yaşlı qızım Güləri 4 nəfər kişi küçədən oğurlayıb. Bununla əlaqədar Suraxanı rayon 32-ci Polis Bölməsinə müraciət etdim. Orada mənə ?Sənin qızını necə, hardan tapaq? Biz heç nə edə bilmərik?,- dedilər. Heç yazılı formada olan ərizəmi də qəbul etmədilər. Qızım 4 gündən sonra saxlandığı yerdə ev yiyəsi rus mənşəli qadının köməyi ilə onların əlindən qaçıb gələ bildi. Bu cinayət hadisəsi ilə bağlı, polisə yenidən şikayət etdim. Onlar mənə yenə də yersiz olaraq, burada kriminal hadisənin olmadığını bildirdilər və çalışırdılar ki, mən şikayət etməyim. Şahin Məmmədov qızımı öz tanışları ilə birlikdə oğurlamışdı. Onun məqsədi mənə təzyiq etmək idi ki, mən ondan nə ev alım, nə də pul istəyim. Fikir verin, mənim tələbimdən sonra Suraxanı rayon Məhkəməsində hakim Araz Kazımovun sədrliyi ilə onların 4 nəfər olmasına baxmayaraq, yalnız Şahin Məmmədov 200 manat məbləğində cərimə edildi. Bununla da bu cür cinayət işini ört-basdır etdilər?. Zərərçəkmiş onu da bildirib ki, hakim Şövkət Nəcəfovanın qərarı ilə 2007-ci il may ayının əvvəlində Suraxanı rayon Məhkəməsindən ona zəng edərək, qızı ilə birlikdə evi tərk etməyi tələb ediblər: ?Mən məhəkəməyə gedib, nəyin əsasında və nə üçün mənim iştirakım və xəbərim olmadan belə qərar çıxartdıqlarını soruşdum. Onlar yenə də mənə qulaq asmadılar. Sonra bu qərardan apelyasiya şikayəti verdim. Hakim İsa İsmayılov Suraxanı rayon Məhkəməsinin qərarını ləğv edərək, işi mənim xeyrimə həll etdi və iş yenidən Suraxanı rayon Məhkəməsinə göndərildi. İkinci dəfə 2009-cu ilin yanvar yaının 9-da hakim Natəvan Tağıyeva yenidən mənim iştirakım olmadan evdən çıxarılmağım haqda qərar verdi. Mən bu dəfə də apelyasiya şikayəti verdim. Hazırda məhkəmə gedişatı davam edir?. D.Tahirova baş verən hadisələrlə bağlı, ölkə başçısı İlham Əliyevə, ölkənin birinci xanımı Mehriban Əliyevaya, Respublikanın baş prokuroru Zakir Qaralova, ədliyyə naziri Fikrət Məmmədova və Ombudsman Elmira Süleymanovaya şikayət ərizəsi təqdim etdiyini deyib: ?Mən çox istərdim ki, mənə şərait yaratsınlar bu ölkədən gedim. Daha belə bir ölkədə yaşamaq istəmirəm?. Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədov isə ölkə qanunlarında çoxlu boşluqların olduğunu nəzərə çatdırıb. Onun sözlərinə görə, bu cür haqsızlıqlara görə aidiyyatı orqanlar cavab verməlidir: ?Bütün bunlardan bir daha aydın olur ki, ölkənin məhkəmə sistemi və hüquq-mühaifizə orqanları korrupsiyalaşıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA