Ramil Usubov Sumqayıtın yeni təyin olunan polis rəisini idarənin zəxsi heyətinə təqdim edib

img

30-07-2009 [02:39]


Sumqayıt şəhər Polis İdarəsinə yeni rəis təyin olunub. Sumqayıt şəhər Polis İdarəsindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bu gün daxili işlər naziri Ramil Usubovun rəhbərliyi ilə Sumqayıt şəhər Polis İdarəsində toplantı keçirilib. Nazir Sumqayıt şəhər Polis İdarəsinin şəxsi heyətinə yeni təyin olunmuş rəisi, polis polkovnik-leytenantı Əkbər İsmayılovu təqdim edib. Qeyd edək ki, bir müddət əvvəl Əkbər İsmayılovun Sumqayıta polis rəisi göndəriləcəyi ilə bağlı məlumat vermişdi. Ə,İsmayılov buna qədər Nərimanov rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb. Xatırladaq ki, Daxili İşlər Nazirliyi tərəfindən Sumqayıt şəhər Polis İdarəsində aparılan kütləvi yoxlamalar nəticəsində Polis İdarəsinin rəisi Mehdi Hümbətov və onun əməliyyat işləri üzrə müavini Şirinəli Vəliyev tutduqları vəzifədən uzaqlaşdırılıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA