ABU-ya qanunsuz yolla tələbə qəbulu etdirməkdə ittiham olunanlara hökm oxundu

img

30-07-2009 [02:11]


Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Beynəlxalq Unversitetinə (ABU) və digər ali məktəblərə qanunsuz yolla tələbə qəbulu etdirməkdə ittiham olunan şəxslərə hökm oxunub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə Müşfiq Muradov 4 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Bənövşə Hacıyeva isə 3 il şərti cəza alaraq, məhkəmə zalından azadlığa buraxılıb. İttihama görə, Binəqədi rayon Polis İdarəsinin keçmiş əməliyyat müvəkkili Müşfiq Muradovun və ABU-nun rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin katibəsi olmuş Bənövşə Hacıyeva Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərəfindən dələduzluq etmək) maddəsi ilə ittiham olunub. Təqsirləndirilən şəxslər 2005-cü ildə bir qrup şəxslə cinayət əlaqəsinə girərək, ABU-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından kənar tələbələr götürülməsinə başlayıblar. Onlar əvvəlcə tələbələri Dağstanda olan universitetlərdən birinə qəbul etdirməyi, sonra isə onların ABU-ya köçürüləcəyini vəd ediblər. Təqsirləndirilən şəxslər 2005-2007-ci illər ərzində 100-dən çox vətəndaşı aldadaraq, pullarını mənimsəyiblər. Zərərçəkmişlərin şikayətindən sonra təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA