?Əhmədli?də 21 yazlı gənc özünü qatarın altına atıb

img

30-07-2009 [11:40]


Bakı Metropoliteninin ?Əhmədli? metrostansiyasında 21 yaşlı gənc özünü qatarın altına ataraq intihar edib. Xətai rayon Prokurorluğundan Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, hadisə dünən saat 21.00 radələrində baş verib. Belə ki, Naxçıvan Muxtar Respublikasının sakini, 1988-ci il təvəllüdlü Şahhüseynov Bulud Eldar oğlu özünü stansiyaya daxil olan qatarın altına ataraq intihar edib. Qatarın altına düşən B.Şahhüseynov ciddi xəsarət alsa da, sağqalıb. Onu ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə aparıblar. Hazırda E. Şahhüseynovun komada olduğu bildirilir. Prokurorluqdan onu da bildiriblər ki, hələlik intiharın səbəbləri məlum deyil. Faktla bağlı Xətai rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA