Bakıda marzurut avtobusları toqquzub, yaralananlar var

img

29-07-2009 [04:05]


Bu gün Bakıda iki avtobus toqquşub. Marşurut avtobuslarının toqquşması nəticəsində yaralananlar olub. Müstəqil İnformasiya Ageyntliyinin xəbərinə görə, hadisə saat 12.00 radələrində Nobel prospektində baş verib. Belə ki, 197 saylı marşurut avtobusu yol kənarında dayanan ?Toyota? markalı avtobusla toqquşub. Qəza nəticəsində marşurut avtobusunda olan 7 sərnişin xəsarət alıb. Qəzanın yaranmasına səbəb olan 197 saylı marşurut avtobusunun sürücüsü hadisə yerindən qaçıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hazırda polis həmin sürücünün tutulması və qəzanın baş vermə səbəblərinin araşdırılması istiqamətində əməliyyat tədbirləri həyata keçirir. Xəsarət alan sərnişinlər Klinik Tibbi Mərkəzə Yerləşdiriliblər. Hazırda onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA