Dərnəgül qəsəbəsindəki taxta bazarında yanğın baz verib

img

29-07-2009 [10:35]


Binəqədi rayonu, Dərnəgül qəsəbəsindəki taxta bazarında yanğın baş verib. Yanğın saat 01.00 radələrində başlayıb. Hadisə yerinə Bakının 8 rayonunun yanğından mühafizə dəstələri cəlb edilib. Lakin güclü külək və quru taxtaların asanlıqla alışması yanğınsöndürənlərin işini xeyli çətinləşdirib. Yanğının qarşısının alınması zamanı 19-cu yanğından mühafizə dəstəsinin əməkdaşı Dostməmməd Yolçuyev dəm qazından zəhərlənib. O, hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Külək sürətli olduğundan alovun ətrafa yayılması sürətlənib. Yanğının baş verdiyi ərazinin yaxınlığında yerləşən bir neçə tikili üçün təhlükə yarandığından, yanğınsöndürənlər ilk növbədə alovun yayılmasının qarşısını almağa çalışıblar. Onların bu səyləri nəticə verib və taxta bazarının yaxınlığında heç bir tikiliyə ziyan dəyməyib. Hadisə yerinə Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev və Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Fizuli Əsədov da gəlib. Lakin onlardan heç biri yanğının qarşısı alınmadan hadisə barədə məlumat vermək istəməyib. Taxta bazarında satışla məşğul olan sahibkarlar da jurnalistlərlə təmaslardan yayınıblar. Adının çəkilməsini istəməyən sahibkarlardan birinin ANS PRESS-ə verdiyi məlumata görə, bazarda malı olan sahibkarların hər birinə azı 90 000-100 000 dollar ziyan dəyib. Müsahibimiz bildirib ki, bazarda yalnız onun 430 kumbmetr taxtası olub. Nəzərə alsaq ki, taxtanın hər kummetri 230 dollara satılır, o zaman sahibkara 100 000 dollaradək ziyan dəydiyini müəyyənləşdirmək olar. Sahibkar əməkdaşımıza bildirib ki, bazarda 6-7 sahibkara məxsus taxtalar olub. Onların hər birinin ən azı 390 kubmetr taxtası olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA