Binəqədi polisində baz vermiz ölüm faktı arazdırılır

img

28-07-2009 [05:41]


Bu günlərdə ombudsmanın aldığı məlumatda Qasımov Söhbət Musa oğlunun Binəqədi rayon Polis İdarəsinin Müvəqqəti Saxlanılma Təcridxanasında (MST) öldüyü bildirilib. Ğüstəqil İnformasiya Agentliyinin xəbərinə görə, müvəkkilin tapşırığına əsasən, Aparatın əməkdaşları dərhal Binəqədi RPİ -nin müvəqqəti saxlama təcridxanasında olub və adı çəkilən şəxsin, ümumiyyətlə, bu MST-yə gətirilmədiyini və S.Qasımovun saxlanılan şəxslərin qeydiyyatı və uçotu kitabında adının olmadığını müəyyən ediblər. Binəqədi RPİ, Binəqədi Rayon Prokurorluğu və Məlikov adına 6 saylı birləşmiş xəstəxanasında aparılmış araşdırma zamanı məlum olub ki, 1966-cı ildə Gədəbəy rayonunun Düzrəsullu kəndində anadan olmuş, Bakı şəhərində müvəqqəti yaşayan Qasımov Söhbət Musa oğlu 17 iyul 2009-cu il tarixdə saat 12.10 radələrində Binəqədi rayonu ərazisində idarə etdiyi avtomaşınla yolda tıxac yaradaraq sürücülərin narazılığına səbəb olub. Buna görə ondan avtomobilə aid sənədləri tələb edən Yol-Patrul Xidmətinin əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı üçün həmin yerə əlavə Post Patrul Xidmətinin əməkdaşları dəvət edilərək onun şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədi ilə Binəqədi RPİ-nin 4-cü polis bölməsinin həyətinə gətiriblər. S.Qasımov polis bölməsinin inzibati binasına daxil olmadan bölmənin həyətində özünü pis hiss edib. Polis tərəfindən dərhal təcili tibbi yardım çağırılaraq o, 6 saylı birləşmiş xəstəxanaya aparılıb, reanimasiya şöbəsində yerləşdirilib və orada vəfat edib. Xəstəxanada S.Qasımovu qəbul edən reanimasiya şöbəsinin müdiri ilə söhbət zamanı o, xəstənin ağır infarkt əlamətləri ilə qəbul olunduğunu, ilkin tibbi yardım göstərilsə də, xəstəni xilas etməyin mümkün olmadığını və onun vəfat etdiyini bildirib. Binəqədi rayon prokuroru mərhumun meyitinin yarılmasında şəxsən iştirak etdiyini, onun bədənində hər hansı xəsarət olmadığını, ölümə səbəb isə kəskin ürək çatışmazlığı olduğunu bildirib. Mərhumun meyiti ailəsinə təhvil verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA