Ordudakı zabit özbazınalığı ictimai müzakirəyə çıxarılıb

img

28-07-2009 [03:58]


Bu gün Media Mərkəzində Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədov əsgər valideynlərinin xahişi ilə mətbuat konfransı keçirib. Konfransda müzakirə mövzusu əsgər Veysəlov Kamran Şakir oğluna Lənkəran Rayon Hərbi Prokurorluğu tərəfindən haqsız olaraq cinayət işinin açılması olub. Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Ə.Məmmədov son vaxtlar Azərbaycan ordusunda vəziyyətin acınacaqlı xarakter aldığını söyləyib. O, Cəlilabad rayonu 704 saylı hərbi hissədə həkim-feldşer vəzifəsində qulluq edən əsgər Veysəlov Kamran Şakir oğlunun hərbi hissəsinin təhqiqatçısı mayor rütbəli Elşən İmanov tərəfindən şərləndiyinin bildirib: ?Nəzərinizə çatdırım ki, tədbir başlamamışdan qabaq Müdafiə Nazirliyinin əməkdaşları və Hərbi Prokurorluq tərəfindən tədbirin keçirilməsi ilə bağlı maneçilik törətmək istəyirdilər. Onlar məsələnin mətbuata çıxmaması üçün valideynləri yanlarına çağıraraq cinayət işi ilə bağlı istintaqın davam etdiyini bildiriblər. Bundan əlavə, bizim əlimizdə olan videogörüntünü də qəbul etmək istəməyiblər. Nəzərinizə çatdırım ki, əgər əsgər Veysəlov Kamrana cinayət işi açılsa, biz təcrübəmizdən istifadə edərək bununla bağlı beynəlxalq təşkilatlara müraciət edəcəyik?. Daha sonra əsgərin atası Veysəlov Şakir Mikayıloğlu jurnalistlərə hadisə ilə bağlı daha geniş məlumat verib: ?Mənim oğlum Veysəlov Kamran Şakir oğlu Tibb Universitetini bitirdikdən sonra 2008-ci il oktyabr ayında Xətai rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə göndərildi. O, Cəlilabad rayonu 704 saylı hərbi hissədə qulluq edir. Kamran hərbi hissədə həkim-feldşer vəzifəsində işləyir. O, qulluq etdiyi vaxt ərzində hərbi hissəsinin komandanlığı tərəfindən iki dəfə təşəkkür məktubuna layiq görülüb. Yoldaşlarının hörmətini qazanmış və öz işində ürəklə çalışmışdır. Kamran tərbiyəli və həm dostları, həm də əsgər yoldaşları arasında böyük hörmət qazanıb. Lakin onun bu müsbət xüsusiyyətlərini nəzərə almayaraq, həmin hərbi hissəsinin təhqiqatçısı mayor Elşən İmanov oğluma qərəz nümayiş etdirib. Belə ki, hərbi hissədən bir nəfər əsgər tibb məntəqəsindən hərbi hissəsini özbaşına tərk edir. Adıçəkilən mayor oğlumun üstünə düşərək, ?həmin əsgəri sən qaçırtmısan? deyib. O, isə həmin əsgərin qaçmasından xəbərdar olmadığını bildirib. Amma mayor İmanov bütün bunlara məhəl qoymayaraq, oğluma hədə-qorxu gəlir. Sonradan həmin əsgər özü hərbi hissəyə qayıdır və etiraf edir ki, mən özüm qaçmışam. 10-15 gündən sonra Ceyhun Qubadzadə adlı əsgər sağ ayağını batinka döydüyünə görə, tibb məntəqəsinə müraciət edir. Mənim oğlum öz vəzifəsini yerinə yetirirək ona tibbi yardım göstərir və ayağını sarıyır. Həmin əsgər ardıcıl olaraq iki gün tibb məntəqəsinə gəlir. Onun ayağı infeksiyadan şişdiyinə görə, Lənkəran Rayon Hərbi Hospilata göndərilir və həmin yara ilə də ora qəbul olunur. Hospitalda 15 gün yatandan sonra yenidən hərbi hissəyə qayıdır. Qubadzadə Ceyhun hərbi hissənin həyətində gəzişərkən təhqiqatçı İmanov onu yanına çağırır. Uşaq axsayaraq onun yanına gəlir. Təhqiqatçı ondan niyə görə axsadığını soruşur. O, isə baş verən hadisəni danışır. Mayor İmanov əsgərin üstünə düşərək onun yalan danışdığını və kiminsə onun döydüyünü deyir. Mayor əsgəri otağına çağıraraq, ondan izahat yazmağını tələb edir. Ona izahatı yazdırıb qol çəkdirir. Sabahkı gün isə mayor İmanov mənim oğlumu yanına çağıraraq hərbi hissədə əsgər döydüyünü deyir. Kamran isə bundan xəbərsiz olduğunu və keçən dəfəki kimi ona yenə də şər atdığını söyləyib?. Ş.Veysəlov onu da bildirib ki, mayor İmanov Qubadzadə Ceyhunu oğlu Kamranın üzünə durdurur: ?Sonra oğlum təklikdə əsgərdən soruşur ki, axı sən niyə mənə qraşı bu cür etdin? Əsgər də oğluma bildirir ki, mayor İmanov onu məcbur edib. Sonra Kamran özünü müdafiə üçün həmin əsgərə izahat yazdırır. Aradan bir ay keçəndən sonra xəbər gəlir ki, iş artıq Lənkəran Rayon Hərbi Prokurorluğundadır. Ona 232.1 maddəsi ilə cinayət işi açılır. Bundan sonra mən Lənkəran Rayon Hərbi Prokurorluğuna getdim, amma hərbi prokuror Oktay Ağayevin qəbuluna düşə bilmədim. Üç gündən sonra mən yenidən ora üz tutdum. Bu dəfə nəhayət ki, mən onun qəbuluna düşə bildim. O, mənə işin müstəntiq Rəhman Əhmədovda olduğunu dedi. Mən həmin müstəntiqin yanına gəldim iş barəsində söhbət etdik. Bir həftədən sonra müstəntiq mənə Bakıda olduğunu dedi və biz görüşdük. Müstəntiq mənə bu işdə oğlumun günahsız olduğunu dedi və bildirdi ki, mən işə xitam vermək istəyirəm, lakin prokuror təzyiq göstərir. Mənə dedi ki, 4 min manat ver bu işi bağlayaq. Mən də öz növbəmdə buna etiraz edərək, məsələ ilə bağlı bütün rəsmi orqanlar müraciət edəcəyimi söylədim?. Sonda Ş.Veysəlov məsələ ilə bağlı, ölkə başçısı İlham Əliyevə, ölkənin birinci xanımı Mehriban Əliyevaya və Respublika prokuroru Xanlar Vəliyevaya ərizə yazdığını bildirib: ?Hazırda oğlum hadisələrdən sarsıntı keçirirək sarılıq xəstəliyindən hospitalda yatır. Mən çox təəssüf edirəm ki, ordumuzda bu cür hallar baş verir və inanmıram ki, bu cür zabit və əsgərlərlə Qarabağımızı azad edək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA