29 yazlı qadını qətlə yetirərək 16-cı mərtəbədən atan zəxs tutulub

img

28-07-2009 [02:46]


Paytaxtda dəhşətli qətlin üstü açılıb. Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğunun birgə yaydığı məlumata görə, 29 yaşlı qadını qətlə yetirərək 16-cı mərtəbədən atan şəxs tutulub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, 22 iyul 2009-cu ildə Bakı şəhəri Bül-bül prospekti mənzil 24-də yaşayan 1980-ci il təvəllüdlü Əliyeva İnarə Rauf qızı yaşadığı evdən çıxıb və geri qayıtmayıb. İyulun 23-də saat 07 radələrində İnarə Əliyevanın yaşadığı binanın qarşısında üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb. Bundan sonra Bakı şəhər BPİ və Bakı şəhər Prokurorluğunun əməkdaşları tərəfindən İ.Əliyevanın qatilinin tapılması istiqamətində birgə kompleks tədbirlər həyata keçirilib. Nəticəsində 1985-ci il təvəllüdlü Nəcəfov Mehdi Səlim oğlu qətli törətməkdə şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar zamanı müəyyən olunub ki, İ.Əliyeva 22 iyulda saat 22 radələrində evdən çıxıb və gecəni dostları ilə birlikdə olub. Saat 02 radələrində evlərinə dönən İ.Əliyevaya yaşadığı binanın liftində həmin binada təmir işləri ilə məşğul olan Mehdi Nəcəfov hücum edib. M.Nəcəfov İ.Əliyevanı qorxudaraq zorla binanın 16-cı mərtəbəsində təmir işləri ilə məşğul oduğu və hal-hazırda heç kimin yaşamadığı mənzilə aparıb. Mənzildə M.Nəcəfov zorakılıq yolu ilə İ.Əliyeva ilə cinsi münasibətdə olub. Sonra İ.Əliyevanı başından çəkiclə vuraraq vəhşicəsinə qətlə yetirən M.Nəcəfov meyiti 16-cı mərtəbədən həyətə atıb. Törədilmiş ağır cinayət hadisəsi ilə əlaqədar Nəsimi rayon Prokurorluğu tərəfindən fakta görə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb və M.Nəcəfov həbs olunub. Hazırda cinayət işi üzrə istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA