Polis zöbəsinin baz əməliyyat müvəkillinin 8 yazlı qızı qardazını güllələyib

img

28-07-2009 [12:08]


Ötən gecə Qusar rayonunun Pirəgir kəndində bədbəxt hadisə baş verib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, iki azyaşlı uşağın silahla oynaması bir nəfərin ölümünə səbəb olub. Hadisə Qusar rayon polis şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Cəmil Gümüş oğlu Nəsirovun Pirəgil kəndindəki evində baş verib. Belə ki, müvəkkilin 8 yaşlı qızı Təzəgül Cəmil qızı Nəsirli atasının evdə unutduğu "Makarov" markalı tabel silah ilə oynayan zaman qardaşı, 4 yaşlı Ayxan Cəmil oğlu Nəsirovu vurub. Uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qusar prokurorluğunun böyük müstəntiqi Aləmşah Şükürovun verdiyi məlumata görə, hadisə ehtiyatsızlıq zəminində baş verib. Artıq azyaşlının meyiti tibii ekspertizadan keçirilib və ailəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA