Son üç il yarımda 5013 nəfər ölkə daxilində itkin düzüb

img

27-07-2009 [02:52]


Hər il Azərbaycan Respublikasında 1400 nəfərə yaxın vətəndaş itkin düşmüş şəxs kimi daxili işlər orqanlarında qeydiyyata alınır. Ölkənin müxtəlif bölgələrində, xüsusilə də Bakı şəhərində təkcə ruhi xəstələr deyil, tamamilə sağlam insanların da evdən çıxıb bir daha geri qayıtmamaları halları baş verir. Müstəqil İnformasiyva Agentliyinin Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən əldə etdiyi məlumata görə, son üç il yarım əzində 5013 nəfər ölkə daxilində itkin düşmüş şəxs kimi qeydiyyta alınıb. Doğrudur, polis onların əksəriyyətinin yerini müəyyənləşdirməyə nail olub, amma hələ tapılmayanlar da az deyil. DİN mətbuat xidmətinin məlmatına görə, 2006-cı ildə itkin düşmələri ilə əlaqədar axtarışa elan olunmuş 1462 nəfərdən 1076-nın yeri müəyyən edilib. 2007-ci ildə itkin düşən 1484 nəfərdən 1122-si, 2008-ci ildə isə 1305 şəxsdən 979-u tapılıb. 2009-cu ilin altı ayında ölkə daxilində itkin düşmələri ilə əlaqədar axtarışa elan olunmuş 762 şəxsdən 451-nin yeri müəyyənləşdirilib. İtkin vətəndaşlardan bəzilərinin axtarışları illərlə nəticəsiz qalır. Respublikada tkin düşən vətəndaşların axtarışı ilə onların qeydiyyatda olduğu ərazinin polis orqanı məşğuldur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA