Bakı zəhərində qəsdən adam öldürmə cinayətləri azalıb

img

27-07-2009 [01:30]


?Bu ilin 6 ayı ərzində Bakı şəhərində qəsdən adam öldürmələr və qəsdən adam öldürməyə cəhdlər 16,5 faiz azalaraq 43-dən 36-ya edib. Bu müddətdə quldurluqlar 74-dən 63-ə (14,9 faiz), adam oğurluqları 8-dən 6-ya (25 faiz), hədə-qorxu ilə tələb etmə 14-dən 7-yə (50 faiz), dələduzluqlar 462-dən 437-yə (5,4 faiz) edib?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bunu Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) 2009-cu ilin 1-ci yarısının yekunlarına həsr olunan geniş əməliyyat müşavirəsində qurumun rəis müavini, polis general-mayoru Elxan Həsənov bildirib. E.Həsənovun sözlərinə görə, bü müddətdə tamamlanan cinayət işləri üzrə bütövlükdə cinayətlərin 79,2 faizi, o cümlədən onların ağır növlərinin 77,5 faizi açılıb. Həmçinin, qəsdən adam öldürmələrin 78 faizi, quldurluqların 83,5 faizi, soyğunçuluqların 68,5 faizi, şəxsi əmlak oğurluqlarının 42,4 faizi, dələduzluqların 91 faizinin açılması təmin edilib. Bu müddətdə 34 soyğunçuluq və quldurluq cinayəti törədən 49 nəfərdən ibarət 13 qrup, eləcə də 31 mənzil oğurluğu cinayəti törədən 21 nəfərdən ibarət qrup ifşa edilib. Əllərdə qanunsuz saxlanılan və potensial ictimai təhlükə mənbəyi olan 117 odlu silah, o cümlədən 9 avtomat, 33 tapança, 75 tüfəng və xeyli sayda hərbi sursat götürülüb. Ötən dövrdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində də uğurlu nəticələr əldə edilib. Cari ilin 6 ayı ərzində 137 kiloqram (keçən ilin müvafiq dövründə 110 kiloqram) çəkidə narkotik vasitə dövriyyədən çıxarılıb. Aşkar olunan cinayətlərin sayı 26 fakt, satışla bağlı isə 52 fakt (2008-ci ildə 2007-ci ilə nisbətən müvafiq olaraq 37 və 66 fakt) artıb. 2009-cu ilin 1-ci yarısında paytaxtda yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində də müsbət irəliləyişlər əldə olunub. Profilaktiki tədbirlərin sayəsində avtonəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 4762, sərnişindaşıma qaydalarına riayət etməyən 1988, sürət rejimini kobud surətdə pozan 9350 sürücü aşkar edilərək müvafiq tədbirlər görülüb. Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin 399-dan 352-yə (11,8%), yaralananların sayı 1736-dan 1534-dək (11,6%) azalıb. Yol hərəkəti qaydalarının pozulması hallarına qarşı mübarizə gücləndirilib və nəticədə ötən illə müqayisədə qeydə alınan ağır yol-nəqliyyat hadisələrinin sayı 503-dən 402-yədək (16,7 faiz) azalıb. Hesabat dövründə paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb. Şəhər miqyaslı 122 tədbir zamanı ictimai hüquq qaydaları təmin edilib, ayrı-ayrı şəxslər tərəfindən qanunsuz aksiyaların keçirilməsinə yönələn 6 cəhdin qarşısı alınıb. Yüksək səviyyəli xarici qonaqlar Bakıya səfərə gələrkən ictimai təhlükəsizlik tədbirləri ilə bağlı 35 xüsusi plan hazırlanaraq həyata keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA