Cəlilabadda 21 yazlı gənc Röyal Cəfərov özünü asıb

img

27-07-2009 [12:24]


Cəlilabad rayonunda 21 yaşlı gənc intihar edib. Hadisə dünən Cəlilabadın Qarazəncir kəndi ərazisində qeydə alınıb. Belə ki, 21 yaşlı Röyal Yaşar oğlu Cəfərov özünü tövlədən kəndirlə asaraq intihar edib. Valideynləri bildiriblər ki, Röyal hərbi xidmətdən 4 ay əvvəl qayıdıb. Ötən gecə evə gəlməyən Röyalın meyidini ailə üzvləri səhər tapılar. Ailədə və kənddə onun heç kimlə münaqişəsi olmayıb. Artıq meyit tibii ekspertizadan keçirilib. İlkin məlumata görə, onun üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. Kənd sakinlərinin Müstəqil İnformasiya Agentliyinə vürdiyi məlumata görə, son günlər Röyalın psixi durumunda problemlər varmış. Yaxınlarına da dünyadan köçəcəyini bildirirmiş. Faktla bağlı cinayət işi açılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA