Türkiyədə üç azərbaycanlı qadın ticarətçilərə saxta pul verdikləri üçün həbs olundu

img

27-07-2009 [12:12]


Türkiyə polisi üç azərbaycanlı qadını həbs edib. Müstəqil İnformasiya Agentliyi Türkiyə xəbər saytlarına istinadən xəbər verir ki, polis qadınları Manisanın Soma qəsəbəsində saxlayıb. Məlumata görə, Azərbaycan vətəndaşı olan 42 yaşlı Sevda M., 39 yaşlı Xanım E. və 23 yaşlı Aytəkin A. (23) adlı 3 qadın Somo qəsəbəsindəki bazarda ticarətçilərə saxta pul verib. Bəzi ticarətçilər isə bu qadınlardan şübhələnərək polisə müraciət edib. Ardınca polis bazarın içində axtarışlara başlayıb, həmçinin qəsəbəbinin giriş-çıxışlarını bağlayıb. Qəsəbənin daxilində saxlanan azərbaycanlı qadınların üstündən saxta əskinaslar çıxıb. Nöbətçi məhkəməyə çıxarılan həmyerlilərimiz həbs olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA