Xanlar Vəliyev: ?Hərbi Hissələrdə qəsdən adam öldürmə və nizamnamə qaydalarını pozma cinayətləri artıb?

img

25-07-2009 [12:28]


?Respublikanın hərbi birləşmələrində qəsdən adam öldürmə və tabeçilik münasibətləri olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri artıb?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu fikirləri kollegiya iclasında hərbi prokuror Xanlar Vəliyev bildirib. X.Vəliyevin sözlərinə görə, Silahlı Qüvvələrdə bu növ cinayətlərin qarşısının alınması üçün müvafiq tədbirlər görülür: ?Bu sahədə istər qanunla nəzərdə tutulan tədbirlərin, istərsə də profilaktik məqsədlə təbliğatın səmərəliliyi və intensivliyi artırılmalıdır. Həmçinin, müsbət nəticələr əldə olunması təmin olunmalıdır?. Hərbi prokurorun sözlərinə görə, əvvəlki ilə nisbətən bəzi cinayətlərin sayında azalma müşahidə olunub: ?2009-cu ilin birinci yarısında qeydə alınan tabelik qaydası əleyhinə olan cinayətlərin sayı azalıb. Həmçinin, hərbi xidmətdən yayınma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri, fərarilik, habelə qeyri-hərbi cinayətlərin sayında azalma olub. Bu sahədə qeydə alınan cinayətlərin 98,6 faizi açılıb. Törədilən bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub?. Kollegiyada bildirilib ki, hərbi prokurorluq orqanları tərəfindən cinayətlər nəticəsində vurulan maddi ziyanın 95,4 faizinin istintaq zamanı ödənməsi təmin edilib: ?Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37,6 faiz çoxdur. 2009-cu ilin birinci yarısında Hərbi prokurorluq orqanlarında vətəndaşların 969 müraciətinə baxılıb. Baxılan bütün müraciətlər müsbət həllini tapıb. Prokurorluq orqanları tərəfindən 271 vətəndaş müxtəlif məsələlərlə bağlı qəbul edilib. Hərbi hissə və birləşmələrdə 245 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar qəbul edilməsi təmin edilib?. Hərbi prokurorun sözlərinə görə, ermənilərəin soydaşlarımıza qarşı törətdiyi cinayət əməllərinə görə başlanılan cinayət işinin istintaqı davam etdirilir: ?Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciəsi, terror, habelə əsir düşmüş şəəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələrinə tövsif edilib. Cinayət işi üzrə 282 təqsirləndirilən şəxs barəsində axtarış elan edilib?. Kollegiyada o da vurğulanıb ki, bu ilin birinci yarısında Hərbi Prokurorluğun bir işçisi prokurorluq orqanlarından xaric olunub: ?Bu müddətdə beş nəfər prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib. Xidməti fəaliyyətində fərqləndiklərinə görə 40 əməkdaş Baş prokurorun və Respublika Hərbi prokurorunun əmri ilə mükafatlandırılıb. Hərbi Prokurorluq əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması üçün mərkəzi aparatın və ərazi hərbi prokurorluqlarının inzibati binaları yenidən qurulub. Həmçinin, Respublika Hərbi Prokurorluğu üçün yeni doqquzmərtəbəli inzibati bina inşa edilir. Qazax hərbi prokurorluğu üçün də inşa edilən binanın tikintisi davam etdirilir?. Qeyd edək ki, kollegiyada ərazi hərbi prokurorluqlarında keçirilən əməliyyat müşavirələrin nəticələri müzakirə olunub. Tabe prokurorluqların əməkdaşları tərəfindən qaldırılan işin səmərəliliyinin artırılması baxımından həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA