?inzaat? zirkətinin əməkdazları dəm qazından ölüblər

img

24-07-2009 [06:10]


Bakıda kanalizasiya sisteminin təmir-bərpası işlərini həyata keçirən ?İnşaat? şirkətinin bir neçə əməkdaşı həlak olub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə həmin şirkətdə çalışan əməkdaşlar məlumat veriblər. Məlumata görə, kanalizasiya quyusunda ölən işçilərin cəsədini Fövqəladə hallar nazirliyinin hadisə yerinə çağırılan xilasedici dəstəsi çıxarıb. MİA-nın sorğusuna cavab olaraq nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən faktı təsdiq edərək olayın bir neçə gün öncə baş verdiyi bildirilib. Nazirlikdən verilən məlumata görə, hadisə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə və H.Ələsgərova küçələrinin kəsişməsinin 200 metrliyində baş verib. FHN-nin ?112? xidmətinə məlumat daxil olan kimi Yasamal rayonu üzrə xilasedicilər qrupu hadisə yerinə göndərilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, ?İnşaat? şirkətinin əməkdaşları həmin ünvandakı kanalizasiya quyusunda təmir işləri apararkən huşlarını itiriblər. Xilasedicilər alpinist alət və avadanlıqlarından istifadə etməklə təxminən 10 metr dərinliyində olan quyuya enərək həmin şəxslərin orata öldüyünü müəyyənləşdiriblər. Bundan sonra cəsədlər quyudan çıxarılıb. Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları ?İnşaat? şirkətinin iki işçisinin dəm qazından boğularaq ölməsi barə rəy verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA