Saylan polisindən prezidentə zikayət edən Səməd Məmmədov həbs edilib (yenilənib)

img

22-07-2009 [01:09]


İyulun 20-də Salyan rayonu, Ə.Quliyev küçəsi 1 ünvanda yaşayan Məmmədov Səməd İmran oğlu prezident İlham Əliyevə müraciət etmişdi. Şikayətçi Salyandakı polis özbaşınalığından bezdiyi üçün ölkə başçısına müraciət etməkdən başqa yolu qalmadığını bildirmişdi. Müstəqil İnformasiya Agentliyinin Salyan üzrə bölgə müxbirinin verdiyi xəbərə görə, Səməd Məmmədovun Salyan polisindən prezidentə şikayət etməsi ona əlavə problem yaradıb. Belə ki, bu gün səhər 9.30 radələrində Salyan rayon prokurorluğunda izahat verib geri qayıdarkən S.Məmmədov rayon mərkəzində polislər tərəfindən həbs olunub. Bölgə müxbirimizin verdiyi məlumata görə, S.Məmmədovun qarşısını kəsən polis əməkdaşları onu avtomobildən düşürərək, nümayişkəranə şəkildə qandalayıb, Polis Şöbəsinə aparıblar. Hazırda onun saxlanılmasının səbəbləri barədə heç bir məlumat verilmir. Əməkdaşımızın son anda verdiyi məlumata görə, S.Məmmədovun həbsinin səbəbi məlum olub. Belə ki, polisin onun avtomobilində narkotik maddə tapdığı bildirilir. S.Məmmədovun qohumları isə müxbirimizə bildirib ki, onun narkotika ilə bağlılığı ola bilməz, narkotik maddənin avtomobilə polislərin özləri qoya bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA