Kor roluna girən cibgir qadınların etirafları

img

22-07-2009 [12:45]


Ağır Cinayətlərə Dair İşlər üzrə 1954-cü il təvəllüdlü İsmayılova Rəhilə Rüstəm qızının və 1975-ci il təvəllüdlü Ağammədova Nərgiz Ağamməd qızının məhkəməsi keçirilib. Hər iki qadın cibgirlik etdiklərinə görə müttəhimlər kürsüsünü bölüşüblər. Müstəqil İnformasiya Agentliyi xəbər verir ki, məhkəmə yolu ilə müəyən edilib ki, Rəhilə İsmayılova ötən il oktyabrın 11-də Xırdalan şəhərindən Bakı şəhəri Bayıl qəsəbəsi istiqamətində 120 saylı marşrut üzrə hərəkət edən sərnişin mikroavtobusunda gedərkən Türkiyə vətəndaşı Taşpunar Abdullah Batdal oğlunun cibinə girib. Sərnişinin cibindən vacib sənədlərini və 15 manat pulunu götürüb. Bundan əlavə o, tanışı Nərgiz Ağammədova ilə əlbir olaraq oktyabrın 12-də Sumqayıt şəhəri, Sülh küçəsində İsmayılova Sevinc Sahib qızının əynindəki gödəkçənin cibindən 1 ədəd ? Nokia ? 6300 ? markalı mobil telefonu oğurlayıb. Digər təqsirləndirilən şəxs Nərgiz Ağammədova həmçinin oktyabrın 9-da Q. Qarayev prospektində yerləşən ?Xalqlar dostluğu? yarmarkasında Abbaszadə Güney Nadim qızının əl çantasından 233 manat məbləğində pulunu oğurlayıb. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Rəhilə İsmayılova ifadəsində göstərib ki, oktyabrın 11-də Nərgizlə birlikdə 120 saylı marşrut üzrə hərəkət edən mikroavtobusda Türkiyə vətəndaşının cibindən oğurluq etdiyinə görə onları 19-cu polis bölməsinə aparıblar. Bölmədə araşdırma aparıldıqdan sonra buraxılıblar: ?Növbəti gün Smqayıtda olarkən Nərgizlə birlikdə oğlumun qəbrini ziyarət etməyə getmək üçün gül almaq istəyirdik. Bu səbəbdən mərkəzi kolxoz bazarının yanına gəldik. Mikroavtobusdan düşdük, başqa avtobusa minəndə bir qız da qaça-qaça gəlib avtobusa mindi və Nərgizin yaxasından yapışaraq telefonunu tələb etməyə başladı. Qız səs-küy saldı ki, ?bu qadın mənim telefonumu cibimdən çıxartdı?. Nərgizsə andaman elədi ki, onun telefonunu götürməyib. Çantasını qıza verdi ki, axtarsın. Ancaq kənardan tamaşa edən iki qadın həmin qızı inandırmağa çalışırdı ki, onun telefonunu məhz Nərgiz götürüb. Bu vaxt gördüm ki, qızın telefonu avtobusun döşəməsindədir və qıza dedim ki, telefonunu götür. Qız telefonu yerdən götürdü və bizi polislə hədələdi. Bu vaxt polis işçiləri gəlib bizi Sumqayıt şəhər polis idarəsinin 4-cü bölməsinə apardılar?. Məhkəmədə dindirilən digər təqsirləndirilən şəxs Nərgiz Ağammədova ifadəsində göstərib ki, cibgirliklə məşğul olmasına səbəb xəstə uşağına dərman almaq üçün maddi imkanının olmaması imiş: ?Uşağın xəstəliyi ilə əlaqədar həkim dərman resepti yazmışdı. Həmin dərmanları almaq üçün pul lazım idi. Oktyabrın 9-da ?Xalqlar Dostluğu? ticarət mərkəzinə gəldim. Bir qız paltarlara baxırdı. Əlindəki çantası açıq vəziyyətdə idi. Mən ona yaxınlaşıb sumkada olan pulları gizli götürdüm və oradan uzaqlaşdım. Bir neçə addım getmişdim ki, qız səs-küy salaraq arxamca gəldi və pullarını tələb etdi. Mən pulları cibimdən çıxarıb yerə atdım. Ticarət mərkəzinin yaxınlığında olan polislər məni saxlasalar da, bölməyə aparmadılar. Orada araşdırma aparıb buraxdılar. İkinci dəfə Rəhilə ilə birlikdə türk ətəndaşının cibinə girəndə ilişdik. Onda da bölməyə aparıb bir-iki saat saxlayıb buraxdılar. Üçüncü dəfə Sumqayıtda bir avtobusdan düşüb digərinə minəndə adını istintaq vaxtı bildiyim Svinc İsmayılova dalımca gələrək məndən telefonunu tələb etdi. Mən çantamı ona verdim ki, axtarsın. Telefonu həmin avtobusun döşəməsindən tapıldı. Bizi polis bölməsinə apardılar?. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Taşpunar Abdullah Batdal oğlu ifadəsində göstərib ki, oktyabrın 11-də 120 saylı marşrut üzrə hərəkət edən mikroavtobusdan düşərək kirayədə qaldığı evə gedib. Evdə ona məlum olub ki, şalvarının arxa cibində saxladığı pul kisəsi yoxdur. ?Pul kisəsində 15 manat pul, Türkiyə Cümhuriyyəti tərəfindən verilmiş və mənə məxsus olan Nüfus Cüzdanı, Azərbaycan Respublikası tərəfindən verilmiş müvəqqəti şəxsiyyət vəsiqəsi, Ramstore endirim kartı, FONO öyrenci kimlik kartı, Yapı Kredi Bankın müştəri kartı, Türkiyə Cümhuriyyətinin ərazisində istifadə etdiyim Vergi kimlik numara kartı və Kamil Koç yol kartı var idi. Mən elə zənn etdim ki, pul kisəsini itirmişəm. Tələbə yoldaşım Cemil Arslana zəng etdim, biz birlikdə Qafqaz universitetində oxuyuruq. O, universitetdə idi. Bildirdim ki, pul kisəsini itirmişəm. O, sinifi axtarıb mənə zəng vurdu və dedi ki, pul kisəsini tapmayıb. Bir qədər sonra mobil telefonuma tanımadığım polis əməkdaşı zəng edərək mənə məxsus olan pul kisəsinin oğurlandığını bildirdi. Dedi ki, pül kisəsini oğurlayanlar tutulub. Məni 19-cu polis blməsinə çağırdı?. Məhkəmədə zərərçəkmiş qismində dindirilmiş İsmayılova Sevinc Sahib qızı ifadəsində göstərib ki, ötən il oktyabrın 12-də xalası Maya Həsənova ilə birlikdə Sumqayıt şhərində Sülh küçəsindən keçərkən təsadüfən arxaya çevriləndə birqadının gözləri bərəlmiş halda onun arxasınca gəldiyini görüb. O, həmin qadının kor olduğunu zənn etdiyindən kənara çəkilərək ona yol verib. Qadın onun yanından ötüb keçərkən əlini qızın belinə sürtüb. Sonuncu isə elə başa düşüb ki, qadın kor olduğundan belə edir. Lakin həmin qadın bir neçə addım uzaqlaşandan sonra Sevinc İsmayılova mobil telefounun cibində olmadığını görüb və başa düşüb ki, telefonu həmin ?kor? qadın aparıb. ?Artıq həmin qadının böyrü ilə bir başqa qadın da addımlayırdı. Onlar avtobusa mindilər, mən də özümü avtobusa çatdırdım. Avtobusa minən kimi qadından tələb etdim ki, telefonumu qaytarsın. Bu vaxt xalam dedi ki, ?kor? qadın telefonu yanındakı qadına ötürdü, o da telefonu yerə tulladı?. Məhkəmədə dindirilmiş digər zərərçəkmiş Güney Abbaszadə də ifadəsində göstərib ki, çantasından pulunu oğurlayan və adını sonradan bildiyi Nərgiz Ağammədovanı o da əvvəlcə kor sanıb. ?Gördüm ki, ticarət mərkəzinin içərisindəki mağazaların arası ilə bir kor qadın mənə tərəf gəlir. Mən mallara baxırdım, bir az qabağa keçdim ki, ona yol verim. Həmin qadın keçib gedəndə sonra hiss etdim ki, çantam dartıldı. Qadının məndən aralanandan sonra addımlarını sürətləndirməsi məni lap şübhələndirdi. Cəld çantama baxdım, gördüm pullar yoxdur, başa düşdüm ki, həmin ?kor? qadın oğurlayıb?. Məhkəmə işin bütün hallarını araşdırandan sonra hər iki qadının 4 il müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm çıxarılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA