Minaya düzən Qazax sakini sol ayağını itirib

img

20-07-2009 [11:31]


Bu gün gecə saat 01: 45 radələrində Qazax rayonunun Ayrım kənd sakini, 1984-cü il təvəllüdlü Mustafayev Sayad Abdulla oğlu kəndin Ermənistanla sərhəd hissəsində mal-qara axtararkən piyada əleyhinə mina partlayışı baş vermişdir. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mətbuat xidmətinin rəhbəri Səbinə Cəlilova Müstəqil İnformasiya Agentliyinə məlumat verərkən, deyib ki, hadisə zamanı Mustafayev Sayad Abdulla oğlu sol ayağının dizdən aşağı hissəsini itirmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA