Baz prokuror Zakir Qaralov bir neçə rayonun prokurorunu dəyizdirib

img

17-07-2009 [09:09]


Azərbaycanda bir neçə rayonun prokurorları dəyişdirilib. Respublika Prokurorluğun mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, baş prokuror Zakir Qaralovun əmri ilə Respublika hərbi prokurorunun sabiq birinci müavini İlham Məmmədov Qobustan rayonunun prokuroru təyin olunub. Qobustan rayon prokuroru Muxtar Eminov Beyləqana, Beyləqan rayon prokuroru Allahverdi Səfərov Gədəbəyə, Gədəbəy rayon prokuroru Rəhim Əliyev Bərdə rayonuna prokuror təyin olunub. Xatırladaq ki, Bərdə rayonunun prokuroru İslam Əliyev bir müddət əvvəl dünyasını dəyişdiyi üçün bu vəzifənin icrasını müvəqqəti olaraq müavini həyata keçirirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA