Qəzalı vəziyyətə düzən binanın sakinləri köçürülüb

img

17-07-2009 [03:08]


Paytaxtda daha bir bina uçmaq təhlükəsi ilə üzləşib. Nəsimi rayonu Mirzağa Əliyev 208 ünvanında yerləşən ikimərtəbəli binanın qəzalı vəziyyətə düşməsinə səbəb isə binanın yaxınlığının tikinti işləri üçün qazılmasıdır. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ötən əsrin əvvəllərində tikilən bina indiyədək baş verən zəlzələlərdən də sağ-salamat çıxıb. Qazalı vəziyyətə düşən ikimərtəbəli binanın yaxınlığında tikinti aparılan ərazi isə dəmir hasara alınıb. Lakin ərazidə heç kim yox idi. Sakinlərin sözlərinə görə, binanın qəzalı vəziyyətə düşməsi ilə bağlı məlumatlar mətbuatda dərc edildikdən sonra işlər dayandırılıb. Həmin ünvana çatanda artıq ərazidən sakinlər ev əşyalarını daşıyırdı. Ərazidə isə post-patrul xidmətinin əməkdaşları keçik çəkirdi. Ərazidə yaşayan Aqil Babayev bu ərazidə uzun müddətdir yaşadığını bildirdi. Onun sözlərinə görə, binalarının yaxınlığında Vüqar Mirzağa Əliyev küçəsində yaşayır: ?Bir müddət əvvəl salan ?Kapital Invest? MMC şirkəti tərəfindən binanın bir tərəfində qazıntı işləri aparıldı. Həmin qazıntıdan sonra bizim binanın içərisində çatlar əmələ gəlib. Lakin tikinti şirkəti qəzalı vəziyyət olan binada yaşayan sakinlərin köçürülməsi üçün kompensasiya ödəmək istəmirdi. Müxtəlif qurumlara şikayət etsək də nəticə olmadı. Lakin sonradan razılıq əldə olunub. Artıq sonuncu sakinlər də binadan köçürülür?. Ərazidə yaşayan səkinə Qurbanova köçürülmə ilə bağlı problem olmadığını bildirdi. Onun sözlərinə görə, artıq ərazini alan şəxslərlə razılıq əldə olunub və sakinlər köçürülməyə başlayıb. Sakinlərdən ərazini kim tərəfindən alındığını soruşduqda bizə binadan yüklərin daşınmasına yardım edən şəxsi göstərdilər. Özünü Saməddin Qılmanoğlu kimi təqdim edən həmin şəxs isə ərazinin onun tərəfindən alındığını bildirdi: ?Artıq sakinlərin köçürülməsi başa çatmaq üzrədir. Hazırda sonuncu 7 ailə buradan köçürülür. Köçürülən şəxslərin isə bizdən heç bir narazılığı yoxdur. Binanın qəzalı vəziyyətə düşməsi ilə bağlı yayılan məlumatlar isə həqiqətə uyğun deyil?. Ərazinə hansısa şirkətin tikinti aparması üçün yox özü üçün aldığını bildirən S.Qılmanoğlu bütün sakinlərə kompensasiya ödənildiyini vurğuladı. Ərazidə nə tikiləcəyinə gəldikdə isə, S.Qılmanoğlu bununla bağlı hələlik qərar vermədiyni bildirdi. Qeyd edək ki, ?Kapital Invest? MMC şirkətinin rəsmisi Ramiz Cabbarov ?Azadlıq? radiosuna müsahibəsində evlərin uçmasının tikinti ilə bağlı olmadığını bildirmişdi: ?Biz tikinti yox, bərkitmə işləri aparırıq. Bizim əlimizdə rəy var ki, evlər çox qədim olduğuna görə qəza vəziyyətindədir. Biz də rəyə əsasən bərkitmə işlərini aparmışıq. Indi Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını çağırıblar ki, guya təhlükəli bir şey var. Ancaq yalan informasiyadır. Iki gündür belə çatlayıb. Evlər qədimdir, orada aparıcı divarların arasında boşluqlar yaradıb, taxçalar düzəldiblər, bununla əlaqədar olaraq ev boşalıb. Bu yaxınlarda bu küçələrdə kanalizasiya sistemlərinin təmizlənməsi gedirdi. Bununla əlaqədar Dilarə Əliyeva və Rəsul Rza küçələrində su xətləri partlayıb. Onun da böyük ziyanı dəyib?. Qeyd edək ki, sözügedən binada 15 ailə yaşayıb. Onlardan əvvəlcə 7-si köçürülüb. Qalan 8 ailə isə dünən ərazidən köçürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA