Daha bir erməni əsgəri Azərbaycan tərəfinə əsir düzüb

img

16-07-2009 [09:05]


Azərbaycanın Müdafiə Nazirliyi daha bir erməni əsgərinin əsir düşməsi ilə bağlı məlumat yayıb. "İyulun 15-də axşam saatlarında Gədəbəy rayonu ərazisində, cəbhənin təmas xəttində Azərbaycan tərəfinə erməni əsgəri əsir düşüb", - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik-leytenant Eldar Sabiroğlu bildirib. Sabiroğlunun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyinin 549 saylı əlahiddə motoatıcı alayının əsgəri, 1990-cı il təvəllüdlü, Yerevan şəhər sakini Karen Noriqoviç Harutyunyan əsgər yoldaşlarının ona verdikləri işgəncələrə dözməyərək xidməti yerini tərk etmək qərarına gəlib. "Erməni hərbçisi sərhədi keçərək Azərbaycan əsgərlərinə təslim olub", - məlumatda qeyd edilir. trend

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA