Yol qəzalarında 4 nəfər öldü, 8 nəfər yaralandı

img

16-07-2009 [04:25]


Ağstafa rayonu Həşimli kəndi ərazisində Köçəsgər kənd sakini Qədim Hacıyev ?VAZ-21074? markalı avtomaşını idarə edərkən Həsənsu kənd sakini Şöhrət Məmmədovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Ş.Məmmədov orada ölüb. Xaçmaz rayonu Yergüc kəndi ərazisində Hacıbəyli kənd sakini Mehman Mustafayevin idarə etdiyi ?Mercedes? markalı və Sumqayıt şəhər sakini Əsəd Şıxqayıbovun idarə etdiyi ?VAZ-21065? markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış hər iki sürücü və sərnişinlərdən dörd nəfər yaralanıb, bir nəfər həlak olub. Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində baş vermiş yol qəzasında bir piyada dünyasını dəyişib. Tərtər rayonu İsmayılbəyli kəndi ərazisində Bərdə rayon sakini Arzu Səlimovun idarə etdiyi "VAZ-2106" markalı və Ağdam rayon sakini Ələsgər Atayevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşub. Nəticədə A.Səlimov hadisə yerində ölüb, xəsarət almış sərnişini, Bərdə rayon sakini Zəki Qasımov, habelə Ə.Atayev isə xəstəxanaya yerləşdiriliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA