Sərhəd Qozunlarının əsgəri ilə naməlum zəxslər arasında atızma baz verib

img

16-07-2009 [12:58]


[b]Bir əsgər yaralanıb, bir silahlı isə qətlə yetirilib[/b] Azərbaycanın Balakən rayonunda atışma baş verib. Atışma nəticəsində Azərbaycan Sərhəd Qoşunlarının əsgəri Bəhruz Əsgər oğlu İsayev ayağından güllə yarası alıb. Balakən rayon Polis Şöbəsindən anspress-ə verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Dağıstanla sərhəddə yerləşən dağlıq ərazidə baş verib. İlkin məlumata görə, əsgərə atəş açan naməlum şəxslər 6-7 nəfər olub. Onlardan birinin qətlə yetirildiyi, digərinin isə yaralandığı bildirilir. Naməlum şəxslər qaçıb gizlənə biliblər. Dövlət Sərhəd Xidmətinun İctimaiyyətlə Əlaqələr Şöbəsindən Müstəqil İnformasiya Agentliyindən bildirilib ki, məsələ araşdırılır. Bir saatdan sonra açıqlama veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA