Sabah QHT Şurasının qrant müsabiqəsi ilə bağlı məhkəmə bazlayır

img

15-07-2009 [08:07]


Sabah Yasamal rayon Məhkəməsində Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2009-cu il üçün qrant müsabiqəsi ilə bağlı məhkəmə başlayır. Hakim Tahir İsmayılovun sədrliyi ilə keçiriləcək prosesdə Müharibədən Zərər Çəkən Nəqliyyat İşçilərinin Müdafiəsi İctimai Birliyinin şikayəti araşdırılacaq. Təşkilat rəhbəri Xədicə Babayevanın sözlərinə görə, iddia ərizəsində üç tələb irəli sürülüb: ?Əsas tələbimiz ondan ibarətdir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Apellyasiya Komissiyasının maliyyələşdirilmənin dayandırılması haqqında qərarı əsassız olduğu üçün ləğv edilsin. İkinci tələbimiz isə şuraya təqdim etdiyimitz layəihənin açıq , şəffaf və kütləvi irnformasiya vasitələrinin iştirakı ilə müzakirə edilməsildir. Məhkəmədən xahiş edirik ki, bu tələbin yerinə yetirilməsi şuranının qarşısına öhdəlik kimi qoyulsun. Üçüncü tələbimiz isə mənim işgüzar imicimə vurulan zərərə görə kompensasiyanın ödənilməsi ilə bağlıdır. İşgüzar nüfuzuma zərbə vurullduğu üçün 50 min manat kompensasiya ödənilməsini tələb edirik?. Qeyd edək ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ayrıvlan qrantın azlığından şikayət edən ?Həsrət yolu? əsir və girovlara kömək ictimai Birliyi də məhkəməyə müraciət edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA