MTN narkotiklərin dazınması ilə məzğul olan zəxsləri saxlayıb, 20 kiloqrama yaxın narkotik vasitə azkar edib

img

15-07-2009 [03:58]


?Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində birgə keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin daşınması ilə məşğul olan şəxslər ifşa olunaraq zərərsizləşdirilmiş, onlardan ümumilikdə 20 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu məlumat Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin yaydığı məlumatda qeyd olunur: ?Azərbaycan Respublikasının vətəndaşları Almas Qafarov və Ərzuman İsmayılov, habelə İran İslam Respublikasının vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə 14 kiloqrama yaxın narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla İrandan Azərbaycan ərazisinə gətirmişlər. Məlum olmuşdur ki, Almas Qafarovun qardaşı Eldəniz Qafarov viza qaydasında İran İslam Respublikasına səfər etmiş və birincinin tapşırığına əsasən orada hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşlarına külli miqdarda narkotik sifariş vermişdir. Əvvələcədən əldə olunmuş razılığa əsasən İrandan göndərilən narkotiki qəbul etmək məqsədilə Almas Qafarov Neftçala şəhərinə gəlmiş, orada Ərzuman İsmayılov ilə birlikdə sonuncuya məxsus qayıqda ?Qızılağac? Dövlət Qoruğunun Xəzər dənizi ərazisindəki ?Kurkasa? adlanan adanın yaxınlığında təxminən saat 23-24 radələrində hazırda şəxsiyyətləri istintaqla araşdırılan digər iranlılarla görüşmüşlər. Almas Qafarov və Ərzuman İsmayılov iranlılardan külli miqdarda narkotik vasitələri qəbul edərək həmin adada gizlətmişlər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Almas Qafarov və Ərzuman İsmayılov saxlanılmış, qeyd olunan ?Kurkasa? adasına baxış nəticəsində oradan 8 kiloqrama yaxın tiryək və təxminən 6 kiloqram həşiş aşkarlanaraq götürülmüşdür. Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi digər əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə bağlı daha bir cəhdin qarşısı alınmışdır. Belə ki, Azərbaycan Respublikasının vətəndaşı Elxan Quliyev, İran İslam Respublikasının vətəndaşları - Kamrani Mansur Mohsen, Şahrəvan Kərim Ordu və onun qardaşı Şahrəvan Rəhim Ordu saxlanılmış, onlardan 6 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülmüşdür. Məlum olmuşdur ki, Elxan Quliyevin sifarişinə əsasən, Mansur Kamrani İran ərazisində əldə etdiyi narkotik vasitələri Rəhim Şahrəvana məxsus ?Samand? markalı avtomobildə xüsusi olaraq hazırlanmış saxlanc yerində gizlətmişdir. Bundan sonra Rəhim Şahrəvan və onun qardaşı Kərim Şahrəvan həmin avtomobildə Biləsuvar Nəzarət Buraxılış Məntəqəsindən keçərək Bakı şəhərinə gəlmiş və burada Mansur Kamranini gözləmişlər. Öz növbəsində Mansur Kamrani narkotiklərin təhlükəsiz Azərbaycan ərazisinə keçdiyinə əmin olduqdan sonra Biləsuvar Nəzarət Buraxılış Məntəqəsindən keçib Bakı şəhərinə gəlmişdir. Burada onlar Rəhim Şəhrəvanın idarə etdiyi ?Samand? markalı avtomobillə Biləcəri qəsəbəsinə gəlmiş, narkotik vasitələri avtomobilin gizli saxlanc yerindən çıxarmaq istəyərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən cinayət başında yaxalanmışlar. Avtomobilə baxış keçirilərkən gizli saxlanc yerindən 3 kiloqram tiryək, 2 kiloqramdan artıq həşiş və 800 qrama yaxın heroin aşkarlanmışdır?. MTN-nin yaydıbı məlumatda o da qeyd olunur ki, hər iki faktla bağlı başlanılmış cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA