Dazınmaz Əmlakın Dövlət Reyestri Xidmətində kütləvi kadr dəyizikliyi davam etdirilir

img

14-07-2009 [01:42]


Prezident İlham Əliyevin fərmanı ilə yeni yaradılan Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyinə verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşovun Dövlət İqtisad Universitetinin prorektoru Damət Bağırovla əvəzlənməsindən sonra bu qurumda kütləvi kadr dəyişiklikləri aparılır. Bu barədə Müstəqil İnformasiya Agentliyini məlumatlandıran Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin adının çəkilməsini istəməyən əməkdaşının sözlərinə görə, yeni rəis Damət Bağırov Bakı Ərazi İdarəsinin rəisi Qoçəli Cəfərovu Fərahim Mirzəyevlə, Abşeron Ərazi İdarəsinin rəisini isə Məhəmməd İmanovla əvəzləməyə paralel olaraq, əksər ərazi idarələrində rəis dəyişikliyini davam etdirməyə hazırlaşır: ?Artıq Damət Bağırov xidmətin Şəki Regional Ərazi İdarəsinin rəisi Mehman Yusifovun da vəzifəsindən azad olunması barədə əmr verib. Onun postuna Qax rayonunun İlisu kənd sakini Şahmərdan Əhmədov gətirilib. Bundan əlavə, digər regional ərazi idarələrinin rəislərinin başqaları ilə əvəzlənməsi istiqamətində ciddi işlər aparılır?. Xidmətin əməkdaşı qeyd edib ki, sabiq rəis Arif Qaraşova daha yaxın olan Şirvan və Sabirabad Regional Ərazi İdarələrinin rəislərinin də vəziyyəti gərgindir: ?Onların da karyerasına son qoyulacağına şübhə yoxdur?. Yeni rəis Damət Bağırovun idarəçilik metoduna gəlincə, xidmətin əməkdaşı onun İqtisad Universitetində çalışmasına baxmayaraq, vaxtilə xidmətdə vəzifə sahibi olduğunu deyib: ?Damət müəllim vaxtilə bu qurumda çalışıb. Onun öz xoşu ilə və ya Arif Qaraşov tərəfindən vəzifəsindən çıxarılıb-çıxarılmadığını bilmirəm. Bildiyim odur ki, o vaxt, ona sıcaq münasibət göstərənlərlə Damət Bağırov işləmək fikirindədir. Ancaq belələri arasında Arif Qaraşova sədaqəti ilə tanınanlar yoxdur?. Agentliyə verilən bu xəbərə həmişəkimi kimi, rəsmi münasibət öyrənmək mümkün olmayıb. Ancaq xidmətdəki başqa bir mənbə də Şəki Ərazi İdarəsindəki dəyişikliklə yanaşı, bəzi məqamları təsdiqləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:20 06.06.2025

Bayram namazı qılınıb

16:17 05.06.2025

Pirquluda zəlzələ olub