Helikopter qəzasında itkin düzənlərdən birinin meyiti tapıldı

img

14-07-2009 [12:16]


Xəzər dənizində, Çilov adası yaxınlığında "Mİ-8" helikopterində baş vermiş qəza nəticəsində itkin düşən iki nəfərdən birinin meyiti artıq tapılıb. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə ?Azərbaycan Hava Yolları? Qapalı Səhmdar Cəmiyyətinin xidmət rəisi Məhərrəm Səfərli verib. M.Səfərli bildirib ki, suyun 85-90 metr dərinliyindəki helikopterin qalığının içində müşahidə olunan meyitin şəxsiyyətini müəyyənləşdirmək hələki mümkün olmayıb. Xidmət rəisi itkin düşən digər şəxsin tapılması istiqamətində işlərin davam etdirildiyini söyləyib. M.Səfərlinin sözlərinə görə, hazırda helikopterin suyun dibindən çıxarılmasına texniki hazırlıqlar görülür. Məlumat üçün bildirək ki, Azərbaycan Hava Yollarına məxsus və neftçilərə xidmət göstərən helikopter iyulun 12-də Günəşli yatağı yaxınlığında qəzaya uğrayıb. Helikopterdə 3-ü heyət üzvü, 3-ü isə fəhlə olmaqla 6 nəfər olub. Onlardan 4 nəfəri xəsarət almış, 2-si itkin düşmüşdü. Yaralılardan 2-si artıq xəstəxanadan evə buraxılıb, digər ikisinin müalicəsi davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA