Dəvəçi sakini öz mazınında bıçaqla qətlə yetirildi

img

13-07-2009 [12:08]


Dəvəçi rayonunda qətl hadisəsi baş verib. Rayonun Şahnəzərli kənd sakini Fəxrəddin Hüseynov münaqişə zəminində rayon sakini Əmirağa Kazımovu ona məxsus ?VAZ-2104? markalı avtomaşında bıçaqla qətlə yetirib. DİN-dən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, hadisədən sonra F.Hüseynov könüllü olaraq Dəvəçi RPŞ-yə təslim olub. Zaqatala rayonu 2-ci Tala kəndi ərazisində isə kənd sakini Fikrət Surxayev münaqişə zəminində həmkəndlisi Mehdi Padarova bıçaqla xəsarət yetirib. Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində F.Surxayev tutulub. Xətai rayonu Ş.Səmədov küçəsində, həmin küçədə yaşayan Pərviz Zeynalov münaqişə zəminində qonşusu Ruslan Babayevə bud nahiyəsindən bıçaqla xəsarət yetirib. R.Babayev xəstəxanaya yerləşdirilib. Xətai RPİ 34-cü polis bölməsinin əməkdaşları isə P.Zeynalovu həbs ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA