Sabiq polis rəisi haqqında zok məlumatlar yayılıb

img

12-07-2009 [07:00]


[b]Mehdi Hümbətovun MTN-nin Sumqayıtda keçirdiyi narkotiklə bağlı əməliyyatın qurbanı olduğu bildirilir [/b] Təxminən bir ay əvvəl daxili işlər naziri Ramil Usubov tərəfindən vəzifəsindən azad edilən Sumqayıt şəhər polis idarəsinin rəisi Mehdi Hümbətovun adı ətrafında dolaşan söz-söhbətlər bitmir. Xatırladaq ki, nazirin əmrilə sözügedən polis idarəsində aparılan qəfil yoxlamalardan sonra M.Hümbətovla yanaşı, idarənin əməliyyat işləri üzrə rəis müavini Şirinəli Vəliyev, 2-ci Polis Bölməsinin rəisi Vahid Mustafayev də tutduqları vəzifədən kənarlaşdırılıblar. Amma bu günə kimi M.Hümbətovun və digər şəxslərin vəzifədən hansı səbəbdən azad edilməsi barədə rəsmi məlumat verilməyib. Sadəcə, onu müavini Həsən Əsədovun əvəz etdiyi bildirilib. Hüquq-mühafizə orqanlarındakı mənbənin "Reytinq"ə verdiyi məlumata görə, M.Hümbətovun vəzifədən kənarlaşdırılmasının əsl səbəbi bir müddət öncə Milli Təhlükəsizlik Nazirliyinin Sumqayıtda keçirdiyi əməliyyatla əlaqəlidir. Yayılan şaiyələrə görə, həmin şəxslər MTN-nin əməliyyatı zamanı ələ keçirilən narkotik maddə səbəbindən vəzifələrindən azad ediliblər: "Mənim bildiyimə görə, MTN əməliyyat keçirərək, həm Mehdi Hümbətovu, həm Şirinəli Vəliyevi həbs edib. Amma sonradan müəyyən razılığa gələrək, onları sərbəst buraxıblar. Ancaq məsələ Ramil Usubov səviyyəsində müzakirə olunub və bu şok yaradan olayın böyüməməsi üçün gizliliyi qorumaq tapşırığı verilib. Hazırda isə Mehdi müəllim ev dustağıdır. Onun bundan sonrakı aqibətinin necə olacağı bəlli deyil". Məsələylə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovla əlaqə saxlasaq da, ondan cavab ala bilmədik. Hazırda məzuniyyətdə olduğunu bildirən E.Zahidov nazirliyə zəng etməyimizi məsləhət gördü. Nazirlikdən isə telefon zənglərimizə cavab verən olmadı. Milli Təhlükəsizlik Nazirliyindən də məsələylə münasibət öyrənə bilmədik. Redaksiyamıza verilən bu məlumatla bağlı Mehdi Hümbətovun da mobil telefonuna zəng etdik. Cavab verən şəxs artıq bu nömrənin ona məxsus olduğunu dedi: "Nömrə daha Mehdi müəllimin deyil. Artıq bu nömrəni mən işlədirəm". Çox çalışsaq da, sabiq rəislə əlaqə yarada bilmədiyimizdən onun mövqeyini hər zaman dinləməyə hazır olduğumuzu bildiririk. Yeri gəlmişkən, onu da qeyd edək ki, Mehdi Hümbətovun keçmiş postuna bir neçə rayonun polis rəislərinin can atdığı da verilən məlumatlar arasındadır. Mətbuatda bu posta Xızının polis rəisi Elmar Usubovun, İsmayıllının polis rəisi ?izami Qocayevin, Gəncənin Nizami rayon Polis Şöbəsi rəisinin adı da çəkilib. Ancaq Daxili İşlər Nazirliyi sistemindəki mənbə adıçəkilənlərin heç birinin həmin posta təyin olunmayacağına əminliyini ifadə edib: "Çox güman ki, həmin vəzifəyə Bərdənin polis rəisi gətiriləcək". [b]P.S.[/b] Bu gün yayılan məlumata görə isə Sumqayıt şəhər polis idarəsinin sabiq rəisi Mehdi Hümbətov daxili işlər naziri Ramil Usubovla anlaşa bilib. Daha doğrusu, Mehdi Hümbətovun köməyinə iqtidarda yüksək post tutan yerlilərindən biri çatıb. Həmin vəzifəli şəxsin xahişindən sonra R.Usubov Mehdi Hümbətovu nisbətən kiçik vəzifəyə - Kürdəmir rayon polis şöbəsinə rəis təyin etməyə razılıb verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA